...

Moskvada hava limanlarında uçuşlar ləngiyir

Dünya xəbərləri Materials 30 İyun 2017 15:55 (UTC +04:00)
Rusiyanın paytaxtı Moskvada kəskin hava şəraiti ilə əlaqədar hava limanlarında 30-dan çox reys təxirə salınıb, bəziləri yubadılıb.
Moskvada hava limanlarında uçuşlar ləngiyir

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada kəskin hava şəraiti ilə əlaqədar hava limanlarında 30-dan çox reys təxirə salınıb, bəziləri yubadılıb.

Trend-in məlumatına görə, Şeremetyevo hava limanında 19 reys yubadılıb. Domodedovo hava limanında 17 reys yubadılıb, 3 reys isə təxirə salınıb.

Qeyd edək ki, bu gün Moskvada güclü yağış yağması proqnozlaşdırılıb. Proqnozlara görə, bu, yağıntı son 50 il ərzində yağan ən güclü yağış olacaq.

Xəbər lenti

Xəbər lenti