...

İspaniyada 10 il işə getməyən məmur işdən azad edilib

Dünya xəbərləri Materials 4 Avqust 2017 16:32 (UTC +04:00)
İspaniyada Valensiya şəhərinin rəhbərliyi 10 il ərzində işə getməyən, amma əmək haqqı alan arxiv əməkdaşını işdən azad edib
İspaniyada 10 il işə getməyən məmur işdən azad edilib

Bakı. Trend:

İspaniyada Valensiya şəhərinin rəhbərliyi 10 il ərzində işə getməyən, amma əmək haqqı alan arxiv əməkdaşını işdən azad edib.

Trend-in məlumatına görə, Karles Resio 2006-cı ildən başlayaraq hər gün səhər 07:00-da işdə qeydiyyatdan keçib evə gedirmiş, saat 16:00-da isə iş vaxtının bitdiyini bildirən imzanı atmaq üçün işə qayıdırmış.

Asudə vaxtlarında K.Resio komikslər çəkməklə məşğul olduğunu bildirib.

Qeyd olunur ki, onun illik əmək haqqı 50 min avro həcmində olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti