Bakı. Trend:
Keniyada keçirilən prezident seçkilərinin nəticələri elan olunduqdan sonra ölkəni etiraz aksiyaları bürüyüb.
Trend-in məlumatına görə, ölkə səhiyyə idarəsi etiraz aksiyaları zamanı azı 2 nəfərin öldüyünu bildirib.
Son məlumata görə, 1 nəfər güllə yarasından dünyasını dəyişib, 4 nəfər isə güllə yarası ilə xəstəxanaya yerləşdirilib.
Polis daha 1 nəfərin ölkənin cənub-qərbində Siayya şəhərində öldüyünü təsdiqləyib.
Qeyd edək ki, ölkədə keçirilən prezident seçkilərindən sonra ilk etiraz aksiyaları paytaxt Nayrobi və Kisumu şəhərində başlamışdı.