...

Moskvada 5 mərtəbəli bina yanır

Dünya xəbərləri Materials 15 Avqust 2017 14:34 (UTC +04:00)
Moskvanın mərkəzində 5 mərtəbəli yaşayış binasında yanğın baş verib.
Moskvada 5 mərtəbəli bina yanır

Bakı. Trend:

Moskvanın mərkəzində 5 mərtəbəli yaşayış binasında yanğın baş verib. Trend-in məlumatına görə, bu barədə "TASS" şəhər fövqəladə xidmətinə istinadən xəbər yayıb.

Məlumata görə, yanğın 5 mərtəbəli binanın 3-cü mərtəbəsində müşahidə edilir. Yuxarı mərtəbədəki sakinlərin kömək gözlədikləri bildirilir. Hazırda bina sakinlərinin təxliyə edilməsi istiqamətində iş aparılır.

Hadisə şahidlərinin sözlərinə görə, yanğının yaxınlıqdakı binalara keçmək təhlükəsi var.

Yanğının baş vermə səbəbləri məlum deyil.

Xəbər lenti

Xəbər lenti