...

KXDR tərəfindən buraxılan raket Sakit okeana düşüb

Dünya xəbərləri Materials 29 Avqust 2017 05:38 (UTC +04:00)

Bakı. Trend:

KXDR tərəfindən buraxılışı həyata keçirilən raket Yaponiyanın Hokkaydo adasının üzərindən keçərək ondan 1180 kilometrdə Sakit okeana düşüb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda jurnalistlərə Yaponiya nazirlər kabinetinin baş katibi Yosixida Suqa bildirmişdir.

Onun sözlərinə görə, KXDR-in raketinin hər hansısa qalıqlarının Yaponiya ərazisində düşməsi aşkar edilməyib, dəymiş ziyan barədə məlumat daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti