Bakı. Trend:
Meksikanın paytaxtı Mexikoda xilas etmə xidmətlərinin əməkdaşları və könüllülər yeni zəlzələdən sonra dağıntıların təmizlənməsini dayandırıblar.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu mülki müdafiə xidmətinin milli koordinatoru Luis Felipe Puente bildirib.
"Təhlükəsizlik protokoluna əsasən, xilasetmə əməliyyatları dayandırılıb", - Puente bildirib.
Qeyd edək ki, 6,1 bal gücündə olan zəlzələ bu gün Oahaka ştatında qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat yoxdur.