Bakı. Trend:
Fransanın müxtəlif bölgələrində yük maşınlarının sürücüləri yolları bağlayıb.
Trend-in məlumatına görə, bu aksiyalar ötən həftə qəbul edilmiş əmək islahatları üzrə qərarlara qarşı həyata keçirilib.
Qeyd olunur ki, ilk olaraq sürücülər Belçika ilə sərhəddə şoseni bağlayıblar. Daha sonra analoji aksiyaların Marsel, Bordo, Lion və digər şəhərlərdə də qeydə alındığı barədə məlumat verilib.
Son məlumata görə, Parisdə isə etirazçılar regionun ən iri yanacaq anbarına girişi bağlayıb.