...

Türkiyə Ərbilə uçuşları dayandırır

Dünya xəbərləri Materials 27 Sentyabr 2017 19:12 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Ərbildəki baş konsulluğu Ərbil və Süleymaniyəyə təyyarə səfərlərinin bu gün dayandırıldığını elan edib.

Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, "THY", "Atlas Global" və "Pegasus" Türkiyə vaxtı ilə saat 18:00-dan etibarən uçuşları dayandırır.

Qeyd edək ki, sentyabrın 25-də İraqın şimalındakı kürd muxtariyyətində müstəqlliklə bağlı referendum keçirilib. Referendumun bu gün açıqlanan yekun nəticələrinə görə səsvermədə iştirak edənlərin 92,73% müstəqilliyə "hə" deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti