...

Kabildə məscid yaxınlığında partlayış: ölənlər var

Dünya xəbərləri Materials 29 Sentyabr 2017 15:34 (UTC +04:00)
Əfqanıstanın paytaxtı Kabildə məscid yaxınlığında partlayış olub.
Kabildə məscid yaxınlığında partlayış: ölənlər var

Bakı. Trend:

Əfqanıstanın paytaxtı Kabildə məscid yaxınlığında partlayış olub.

Trend-in məlumatına görə, insanlar "Hüseyn" məscidində cümə namazından çıxarkən terrorçu-intiharçı özünü partladıb.

Hadisə nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb.

Partlayışa görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti