Bakı. Trend:
Yaponiyanın "Mitsubishi Motors" avtomobil şirkəti Şimali Amerikadan və Kanadadan 161 min avtomobil geri çağırılıb.
Trend-in "Associated Press"ə istinadən verdiyi məlumata görə, avtomobillərin geri çağırılmasına mühərrikdə yaranan problem olub.
Geri çağırılan avtomobillər 2015-2017-ci illərdə istehsal olunan "Outlander" və "Lancer" modellərdir. Mühərriklərində problem olan avtomobillər əsasən ABŞ-da və Kanadada satılıb.
Şirkət mühərrikdə olan qüsuru ödənişsiz aradan qaldırmağı öhdəsinə götürüb.