Xəbər yenilənib (ilk xəbər 23:26-da yayılıb)
Bakı. Trend:
Somalinin paytaxtı Moqadişuda baş verən partlayışlar nəticəsində ölənlərin sayı 23-ə çatıb. Daha öncə 18 nəfəröldüyü bildirilirdi.
Trend-in xarici KİV-lərə verdiyi məlumata əsasən, hadisə nəticəsində 30-dan çox adam yaralanıb.
Hadisə prezident sarayının yaxınlığında yerləşən mehmanxananın yanında baş verib. Terrorçu-intiharçı avtomobildə yerləşdirilən partlayıcı qurğunu işə salıb.
Partlayışlara görə məsuliyyəti "Əş-Şabab" radikal qruplaşması üzərinə götürüb.