...

Enerji layihələrinin müzakirəsi üzrə Aİ-Türkiyə görüşü təxirə salınıb

Dünya xəbərləri Materials 19 Noyabr 2017 08:26 (UTC +04:00)
Enerji layihələrinin müzakirəsi üzrə noyabrın 20-də Brüsseldə keçirilməsi nəzərdə tutulan Aİ-Türkiyə görüşü təxirə salınıb.
Enerji layihələrinin müzakirəsi üzrə Aİ-Türkiyə görüşü təxirə salınıb

Bakı. Trend:

Enerji layihələrinin müzakirəsi üzrə noyabrın 20-də Brüsseldə keçirilməsi nəzərdə tutulan Aİ-Türkiyə görüşü təxirə salınıb. Bu barədə Trend "Haber 7"yə istinadən xəbər verir.

Türkiyə nümayəndə heyətinə ölkənin energetika və təbii sərvətlər naziri Berat Albayrakın başçılıq edəcəyi nəzərdə tutulmuşdu.

Qeyd olunur ki, Avropa İttifaqı və Türkiyə arasında əlaqələrin canlanması baxımından vacib olan görüş "müəyyən çətinliklər səbəbindən" təxirə salınıb.

Görüşün yeni tarixi barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti