...

Əsəd Soçidə: Rusiyanın sayəsində Suriya xilas oldu

Dünya xəbərləri Materials 21 Noyabr 2017 09:59 (UTC +04:00)

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin Soçidə suriyalı həmkarı Bəşər Əsədlə görüşüb.

Trend-in Kremlin saytına istinadən verdiyi məlumata görə, B.Əsəd Rusiyada işgüzar səfərdədir.

RF lideri Suriyanın dövlət başçısını terrorizmlə uğurlu mübarizə münasibətilə təbrik edib.

Cavabında B.Əsəd vurğulayıb ki, Rusiyanın sayəsində Suriya dövlət kimi xilas oldu: "Suriyanın bir çox rayonları terrorçulardan azad edildi, suriyalılar bu ərazilərə qayıda bildi".

V.Putin ümidvar olduğunu bildirib ki, tezliklə Suriyada terrorizmlə mübarizəyə yekun nöqtə qoyulacaq: "Uğurlara baxmayaraq, münaqişə ocaqları hələ də yarana bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti