...

İraqda baş verən partlayış nəticəsində ölənlərin sayı artıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 21 Noyabr 2017 22:26 (UTC +04:00)
İraqın şimal-şərqindəki Tuz-Xurmatu şəhərində baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb
İraqda baş verən partlayış nəticəsində ölənlərin sayı artıb (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 18:13-də yayılıb)

Bakı. Trend:

İraqın şimal-şərqindəki Tuz-Xurmatu şəhərində baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində yaralananların sayı isə 60 nəfərə yaxın təşkil edib. Daha 5 nəfərin itkin düşdüyü bildirilir.

XXX

18:13

İraqın şimal-şərqindəki Tuz-Xurmatu şəhərində güclü partlayış baş verib. Trend-in məlumatına görə, partlayıcı maddə ilə yüklənmiş bazar yaxınlığında partladılıb.

Partlayış nəticəsində azı 20 nəfərin həlak olduğu bildirilir.

Hadisə nəticəsində 40-dan çox adamın isə yaralandığı qeyd olunub.

Ölü və yaralı sayının arta biləcəyi istisna olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti