...

London meri Trampı görmək istəmir - Antimüsəlman paylaşımlara görə

Dünya xəbərləri Materials 30 Noyabr 2017 17:05 (UTC +04:00)
Londonun meri Sadiq Xan ABŞ Prezidenti Donald Trampın Britaniya paytaxtına səfər etməsini istəmədiyini deyib.
London meri Trampı görmək istəmir - Antimüsəlman paylaşımlara görə

Bakı. Trend:

Londonun meri Sadiq Xan ABŞ Prezidenti Donald Trampın Britaniya paytaxtına səfər etməsini istəmədiyini deyib.

Trend-in məlumatına görə, bu, D.Trampın öz “Twitter” səhifəsində yerləşdirdiyi videoçarxlarla əlaqədardır.

Qeyd edək ki, ABŞ Prezidenti bu gün öz hesabından antimüsəlman xarakterli iki video paylaşmışdı.

London meri Böyük Britaniyanın Baş naziri Tereza Meyi də D.Trampı qəbul etməməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti