...

ABŞ miqrasiya haqqında qlobal sazişdə iştirakdan imtina edib

Dünya xəbərləri Materials 3 Dekabr 2017 07:12 (UTC +04:00)

Bakı. Trend:

ABŞ 2018-ci ildə qəbulu planlaşdırılan BMT-nin miqrasiya haqqında qlobal sazişinin iştirakçısı olmayacaq.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, buna səbəb isə bu sazişin ölkənin maraqlarına cavab verməməyidir.

Məlumata əsasən, ABŞ sazişin hazırlanması prosesində 2016-cı ildə Barak Obamanın prezident olduğu müddətdə iştirak etməyi qəbul edib. Həmin zaman ABŞ 2016-cı ilin sentyab ayının 19-da qəbul olunmuş Nyu-York deklarasiyasına qoşulub.

ABŞ-ın BMT yanında nümayəndəliyi bildirir ki, bu saziş yeni prezidentin administrasiyasının prinsiplərinə və ABŞ-ın miqrasiya siyasətinə uyğun deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti