...

Vladimir Putin Ankaradadır

Dünya xəbərləri Materials 11 Dekabr 2017 20:16 (UTC +04:00)
Rusiya prezidenti Vladimir Putin Ankaraya gedib.
Vladimir Putin Ankaradadır

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin Ankaraya gedib.

Trend-in məlumatına görə, o, burada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Putin Türkiyəyə Misir səfərinin ardınca gedib.

Hər iki lider ikitərəfli əməkdaşlıq, enerji sahəsində layihələr, o cümlədən Suriya, Yaxın Şərq məsələlərini müzakirə edəcəklər.

Həmçinin Qüdslə bağlı vəziyyət müzakirə obyekti olacaq.
Qeyd edək ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti