...

Türkiyədə qazanxana partladı, küçə döyüş meydanını xatırlatdı (FOTO)

Dünya xəbərləri Materials 18 Dekabr 2017 14:11 (UTC +04:00)
İstanbulda Qaziosmanpaşa bələdiyyəsi ərazisində tikiş fabriklərinin birində qazanxana partlayıb.
Türkiyədə qazanxana partladı, küçə döyüş meydanını xatırlatdı (FOTO)

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulda Qaziosmanpaşa bələdiyyəsi ərazisində tikiş fabriklərinin birində qazanxana partlayıb.

Trend-in məlumatına görə, partlayışın gücündən qazanxanadakı su qızdırıcı qazan fabrikin damından çıxaraq küçəyə düşüb. Nəticədə 100-ə yaxın iş yeri və xeyli sayda avtomobil zərər görüb.

Partlayış nəticəsində iki nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti