...

Türkiyə Sudandan ada aldı

Dünya xəbərləri Materials 27 Dekabr 2017 09:47 (UTC +04:00)
Sudana məxsus Suakin adası Türkiyəyə 99 il müddətinə icarəyə verilib.
Türkiyə Sudandan ada aldı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Sudana məxsus Suakin adası Türkiyəyə 99 il müddətinə icarəyə verilib.

Trend-in məlumatına görə, Sudan Prezidenti Ömər əl-Bəşir Suakin adasının Türkiyəyə icarəyə verilməsi haqqında fərman imzalayıb.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sudana səfəri zamanı rəsmi Ankaranın adada irimiqyaslı yenidənqurma və bərpa işləri görməyə hazır olduğunu bəyan etmişdi.

Xatırladaq ki, Sudanın şimal-şərqində, Şərqi Afrika sahillərində yerləşən Suakin adası əsrlər boyu mühüm ticarət limanı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti