...

Moskva şəhərində bayram günləri maşın dayanacaqları pulsuz olacaq

Dünya xəbərləri Materials 31 Dekabr 2017 08:26 (UTC +04:00)
Moskvada dekabrın 31-dən yanvarın 8-dək şəhərin park məkanları pulsuz fəaliyyət göstərəcək.
Moskva şəhərində bayram günləri  maşın dayanacaqları pulsuz olacaq

Bakı. Trend:

Moskvada dekabrın 31-dən yanvarın 8-dək şəhərin park məkanları pulsuz fəaliyyət göstərəcək.

Trend-in RİA Novosti istinadən verdiyi məlumata əsasən, bu barədə Moskva meri Sergey Sobyanin "Tvitter" sosial şəbəkəsində yazıb.

"Bayram günləri parkinq pulsuz olacaq. Dekabrın 31-dən yanvarın 8-dək şəhərin park məkanı zonasına daxil olan istənilən dayanacaqda maşın saxlamaq mümkün olacaq", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti