Bakı. Trend:
Roma Papası I Fransisk qeybət edən rahibələri terrorçularla müqayisə edib.
Trend-in məlumatına görə, bunu Roma Papası I Fransisk vurğulayıb ki, qeybət bomba kimidir. O deyib: “Kimsə onu işə salır, həyatlar məhv olur, qeybət edən isə heç nə olmamış kimi həyatını davam etdirir”.
Roma Papasının bu sözləri Perunun paytaxtı Limada rahibələr tərəfindən alqışlarla qarşılanıb. I Fransisk bir neçə ay əvvəl Banqladeşə səfəri zamanı da qeybətin pis əməl olduğunu vurğulamışdı.
Qeyd edək ki, ötən həftə Roma Papası Çili və Peruda səfərdə olub.