...

Türkiyə XİN: Kabildəki terror aktını qətiyyətlə qınayırıq

Dünya xəbərləri Materials 28 Yanvar 2018 00:35 (UTC +04:00)
Kabildə törədilən terror aktı barədə xəbəri böyük kədər hissi ilə qəbul edirik.
Türkiyə XİN: Kabildəki terror aktını qətiyyətlə qınayırıq

Bakı. Trend:

Kabildə törədilən terror aktı barədə xəbəri böyük kədər hissi ilə qəbul edirik.

Trend-in məlumatına görə, bu barədə Türkiyə XİN-in bəyanatında deyilir.

"Dinc əhaliyə qarşı yönəldilmiş bu terror hücumunu qətiyyətlə qınayırıq. Əfqan hökuməti və xalqına baş sağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik", - deyə XİN bildirib.

Şənbə günü Əfqanıstanın paytaxtı Kabildə törədilən terror aktı nəticəsində 95 nəfər həlak olub, daha 158 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti