...

Las-Vegas qatilinə güllə satan şəxs ittiham olundu

Dünya xəbərləri Materials 3 Fevral 2018 06:33
2017-ci ilin oktyabr ayında ABŞ-ın Las-Veqas şəhərində qanlı faciə törədən Stiven Peddoka zirehdələn güllə satan silah alverçisinə ittiham təqdim olunub
Las-Vegas qatilinə güllə satan şəxs ittiham olundu

Trend-i buradan izləyin

Bakı. Trend:

2017-ci ilin oktyabr ayında ABŞ-ın Las-Veqas şəhərində qanlı faciə törədən Stiven Peddoka zirehdələn güllə satan silah alverçisinə ittiham təqdim olunub.

Trend-in məlumatına görə, Arizona ştatının sakini Duglas Xeyq müvafiq lisenziya olmadan silah-sursatın düzəldilməsi və satılmasında şübhəli bilinir. Polis Peddokun istifadə etdiyi güllələrin üzərində onun barmaq izlərini aşkar edib.

Qeyd edək ki, oktyabrın 2-də Las-Veqasda musiqi festivalı zamanı 64 yaşlı yerli sakin Stiven Peddok insalara "Mandalay Bay Hotel" mehmanxanasının 32-ci mərtəbəsindən atəş açmağa başlayıb. Hadisə nəticəsində 58 nəfər həlak olub, 500-dən artıq insan yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti