...

Şagirdlərə "2" yazılması qadağan edilə bilər

Dünya xəbərləri Materials 21 Fevral 2018 15:19 (UTC +04:00)
Rusiya məktəblərində şagirdlərin "2" ilə qiymətləndirilməsinin, eləcə də bu və ya digər səbəbdən məktəbdən uzaqlaşdırılmasının qadağan edilməsi təklif edilib.
Şagirdlərə "2" yazılması qadağan edilə bilər

Bakı. Trend:

Rusiya məktəblərində şagirdlərin "2" ilə qiymətləndirilməsinin, eləcə də bu və ya digər səbəbdən məktəbdən uzaqlaşdırılmasının qadağan edilməsi təklif edilib. Trend-in məlumatına görə, belə bir təkliflə Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski çıxış edib.

Rusiyanın liberal demokratının sözlərinə görə, bunun vasitəsilə uşaqlarda travmaların qarşısını almaq olar.

V.Jirinovski uşaqlarda yol açan bu travmaların gələcəkdə daha ağır fəsadlar yaratdığını qeyd edib.

O deyib: "Bizdə də, Amerikada da məktəblərdə atışma faktlarını araşdırarkən məlum olur ki, hadisəni törədənlər nə vaxtsa yaxşı oxumadıqları üçün məktəbdən xaric olmuş uşaqlardır".

Xəbər lenti

Xəbər lenti