...

Rusiyada ən çox maaş verilən dövlət orqanlarının ADLARI

Dünya xəbərləri Materials 6 Mart 2018 15:29 (UTC +04:00)
2017-ci ildə Rusiyada federal dövlət orqanlarının orta aylıq əməkhaqqısı 118,8 min (2105 dollar) rubl təşkil edib
Rusiyada ən çox maaş verilən dövlət orqanlarının ADLARI

Bakı. Trend:

2017-ci ildə Rusiyada federal dövlət orqanlarının orta aylıq əməkhaqqısı 118,8 min (2105 dollar) rubl təşkil edib.

Trend-in məlumatına görə, bu rəqəm 2016-cı illə müqayisədə 2,7 faiz çox olub.

Ötən il ən yüksək əməkhaqqını hökumət aparatının (227,2 min rubl), Prezident Administrasiyasının (217,4 min rubl) və Hesablama Palatasının (180,7 min rubl) əməkdaşları alıb.

Federal dövlət qurumları arasında ən az əməkhaqqını isə Nəşriyyat məsələləri üzrə agentliyin (59,8 min rubl), Yerin təkindən istifadə məsələləri üzrə agentliyin (60,2 min rubl) və Turizm agentliyinin (61,3 min rubl) əməkdaşları alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti