...

Fransanın xarici işlər naziri öz partyasını tərk edir

Dünya xəbərləri Materials 8 Mart 2018 15:11 (UTC +04:00)
Fransanın xarici işlər naziri Jan-İv Le Dorian Sosialist partiyasından istefa verəcəyini açıqlayıb.
Fransanın xarici işlər naziri öz partyasını tərk edir

Bakı. Trend:

Fransanın xarici işlər naziri Jan-İv Le Dorian CNNews telekanalına müsahibəsində Sosialist partiyasından istefa verəcəyini açıqlayıb.

Trend-in məlumatına görə, nazir 44 ildir ki, bu partiyanın üzvüdür.

Martın sonunda partiyanın birinci katibi postuna seçkilər keçiriləcək.

Qeyd edək ki, Fransa Sosialist Partiyası 1969-cu ildə Fransua Mitteran və Alen Savari tərəfindən yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti