Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə Silahlı Qüvvələri (SQ) və "Azad Suriya Ordusu" Afrini tamamilə mühasirəyə alıb.
Bu barədə Trend Türkiyə SQ Baş Qərargahına istinadən məlumat verir.
Türkiyə Silahlı Qüvvələri bu gün Afrin bölgəsinin mərkəzinə doğru yolda son yaşayış məntəqələrini də nəzarətə götürüb.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.