...

Nebenzya: Rusiya onunla ultimatum dilində danışmağa imkan verməyəcək

Dünya xəbərləri Materials 15 Mart 2018 02:22 (UTC +04:00)

Bakı. Trend:

Rusiya Federasiyası Böyük Britaniyaya onunla ultimatum dilində danışmağa imkan verməyəcək.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın BMT-dəki nümayəndəsi Vasiliy Nebenzya bildirib.

O, deyib: "Bizdən ultimatum şəklində 24 saat ərzində günahımızı etiraf etməyi tələb etdilər. Biz heç kimlə ultimatum dilində danışmırıq, və bizlə də bele tonda danışmağa imkan verməyəcəyik".

Onun sözlərinə görə, Rusiya Böyük Britaniyadan Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsində istifadə edilən maddənin nümunələrini və birgə araşdırma istəyib, lakin Moskvanın bu təklifi rədd edilib.

Xəbər lenti

Xəbər lenti