...

London metrosunda terror aktı törədən şəxs ömürlük azadlıqdan məhrum edilib

Dünya xəbərləri Materials 24 Mart 2018 06:14 (UTC +04:00)
Böyük Britaniyanın mərkəzi cinayət məhkəməsi (Old-Beyli) ötən il sentyabrın 15-i London metrosunda terror aktı törədən 18 yaşlı iraqlı Əhməd Həsəni ömürlük azadlıqdan məhrum edib
London metrosunda terror aktı törədən şəxs ömürlük azadlıqdan məhrum edilib

Bakı. Trend:

Böyük Britaniyanın mərkəzi cinayət məhkəməsi (Old-Beyli) ötən il sentyabrın 15-i London metrosunda terror aktı törədən 18 yaşlı iraqlı Əhməd Həsəni ömürlük azadlıqdan məhrum edib.

Trend-in məlumatına görə, Əhməd Həsən həbsdə minimal qalacağı müddət 34 il təşkil edir, yəni o, bu müddətdən öncə efv edilə bilməz.

Qeyd edək ki, 2017-ci il sentyabrın 15-i Londonun "Parsons Green" metro stansiyasında partlayıcı qurğu işə salınıb. Partlayış nəticəsində 51 nəfər xəsarət alıb. Terror aktını törədən Əhməd Həsən ölkədən qaçmağa cəhd göstərsədə Duvr şəhərində polislər tərəfindən saxlanılıb. Bu, terror aktı 2017-ci ildə Londonda törədilən 4-cü, Böyük Britaniyada isə 5-ci olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti