...

Tac-Mahalı görmək istəyənlərin nəzərinə - Məhdudiyyət qoyuldu

Dünya xəbərləri Materials 2 Aprel 2018 16:37 (UTC +04:00)
Aprelin 1-dən başlayaraq turistlər Hindistandakı Tac-Mahal məbədini gün ərzində yalnız 3 saat ziyarət edə bilər
Tac-Mahalı görmək istəyənlərin nəzərinə - Məhdudiyyət qoyuldu

Bakı. Trend:

Aprelin 1-dən başlayaraq turistlər Hindistandakı Tac-Mahal məbədini gün ərzində yalnız 3 saat ziyarət edə bilər.

Trend-in məlumatına görə, Hindistan hökuməti bu barədə müvafiq qərar qəbul edib.

Bildirilir ki, Hindistanın ən məşhur abidələrindən hesab olunan Tac-Mahal gün ərzində 50 minə yaxın turist cəlb edir.

Məlumata görə, məbədə səfərlərin müddətinin azaldılması izdihamların qarşısının alınması üçün qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti