Bakı. Trend:
Əfqanıstanın şimalında Sari-Pul əyalətində baş vermiş hücum nəticəsində iki hərbçi həlak olub.
Trend-in məlumatına görə, hücumu “Taliban” silahlıları həyata keçirib.
Qeyd olunur ki, nəzarət-buraxılış məntəqəsinə hücum 30 dəqiqə davam edib. Atışma nəticəsində daha 3 hərbçinin yaralandığı bildirilir.
Silahlıların itki verib-verməməsi barədə məlumat verilməyib.