...

Stoltenberq: Türkiyəyə təşəkkür edirik, Suriyanı isə cəzalandırmaq lazımdır

Dünya xəbərləri Materials 16 Aprel 2018 14:35 (UTC +04:00)
Dinc əhaliyə qarşı kimyəvi hücumlar həyata keçirmiş Suriya cəzasız qalmamalıdır.
Stoltenberq: Türkiyəyə təşəkkür edirik, Suriyanı isə cəzalandırmaq lazımdır

Bakı. Trend:

Dinc əhaliyə qarşı kimyəvi hücumlar həyata keçirmiş Suriya cəzasız qalmamalıdır.

Trend-in məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

O bildirib ki, Türkiyə NATO-nun üzvü qismində Suriyada hava əməliyyatlarının keçirilməsi ilə bağlı ABŞ-ın təklifini dəstəkləyib:

"Biz bu addıma görə Türkiyəyə minnətdarıq. Türkiyə bizim üçün dəyərli müttəfiqdir".

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ, Böyük Britaniya və Fransa Silahlı Qüvvələri Suriyada kimyəvi hədəflərə hava zərbələri endirmişdilər.

Zərbələr zamanı 100-dən çox raket buraxılsa da, əksəriyyəti Suriya tərəfindən dəf edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti