Bakı. Trend:
Beynəlxalq koalisiyanı Suriyadakı hərbi öhdəlikləri İŞİD terror qruplaşması ilə müharibə bitən kimi başa çatacaq. Bundan başqa, Suriyada sülhün bərpasına görə məsuliyyət də var.
Trend-in məlumatına görə, bunu Fransa Prezidenti Emmanuel Makron bəyan edib.
E.Makron qeyd edib: "Hərbi öhdəliklər İŞİD-ə qarşı yönəlib və bu, terror təşkilatına qarşı müharibə bitəndə yekunlaşacaq. Fransa da bu mövqedədir, ABŞ da".
Prezidentin sözlərinə görə, koalisiyanın öhdəlikləri İŞİD-lə müharibədən sonra da davam edəcək: "Bu, həmçinin Suriya ərazisində humanitar və sülhün bərpasına görə öhdəliklərdir".