...

Türkiyə daxili işlər nazirinin avtomobil karvanı qəzaya uğradı - yaralılar var (FOTO)

Dünya xəbərləri Materials 18 Aprel 2018 13:19 (UTC +04:00)
Türkiyənin daxili işlər naziri Süleyman Soylunun avtomobil karvanı qəzaya uğrayıb.
Türkiyə daxili işlər nazirinin avtomobil karvanı qəzaya uğradı - yaralılar var (FOTO)

Bakı. Trend:

Türkiyənin daxili işlər naziri Süleyman Soylunun avtomobil karvanı qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə Tekirdağ vilayətində qeydə alınıb. Qəza nəticəsində 6 nəfər xəsarət alıb.

Hadisəyə səbəb kimi yaxından keçən yük avtomobilinin sürücüsünün idarəetməni itirməsi göstərilir. Yül maşını bir neçə avtomobilə dəyib.

Nazirin xəsarət almadığı bildirilir.

Qeyd edək ki, Türkiyədə ilin ilk 3 ayı ərzində 93 966 yol-nəqliyyat hadisəsi baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti