...

Gümrüdə də iğtişaşlar başladı - Polis Sarkisyan əleyhdarlarını qovur

Dünya xəbərləri Materials 18 Aprel 2018 14:55 (UTC +04:00)
Ermənistanın eks-prezidenti Serj Sarkisyanın baş nazir seçilməsinə etriaz edənlərlə polis arasında toqquşmalar artıq başqa şəhərlərdə də başlayıb.
Gümrüdə də iğtişaşlar başladı - Polis Sarkisyan əleyhdarlarını qovur

Bakı. Trend:

Ermənistanın eks-prezidenti Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edənlərlə polis arasında toqquşmalar artıq başqa şəhərlərdə də başlayıb.

Trend-in məlumatına görə, toqquşmalar Gümrü şəhərində qeydə alınıb.

Mitinqə çıxanlar şəhərin mərkəzi küçələrini bağlamağa cəhd göstəriblər. Lakin polis bunun qarşısını ala bilib.

Etiraz aksiyaları təhsil müəssisələri önündə də davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti