...

Böyük Britaniyada qar və buzlaşma: məktəblər bağlandı, reyslər ləğv olundu

Dünya xəbərləri Materials 5 Yanvar 2026 19:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyada güclü qarın yağması və buzlaşmanın qeydə alınması səbəbindən yüzlərlə məktəb bağlanıb, hava və dəmir yolu nəqliyyatında ciddi problemlər yaranıb.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Şotlandiya, Uels və Şimali İrlandiyanın müxtəlif bölgələrində məktəblər fəaliyyətini dayandırıb, minlərlə şagird Milad tətilindən sonra dərsə gələ bilməyib.

Qarlı hava şəraiti hava nəqliyyatına da təsir göstərib, “Liverpool John Lennon Airport”un uçuş-enmə zolağı müvəqqəti bağlanıb, “Aberdin” və “İnverness” hava limanlarında bir sıra reyslər ləğv edilib. Dəmir yolu xətlərində də gecikmələr və qatarların hərəkətinin dayandırılması halları qeydə alınıb.

Şotlandiyanın şimal bölgələrində qarın daha intensiv yağması ilə əlaqədar narıncı xəbərdarlıq qüvvədədir. İngiltərənin, Uelsin və Şimali İrlandiyanın bəzi əraziləri üçün isə qar və buzlaşma ilə əlaqədar sarı xəbərdarlıq elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti