Bakı. Trend:
2026-cı ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 2 milyard 24,3 milyon manat vəsait nəzərdə tutulub.
Trend-in məlumatına görə, bu, Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşın büdcə bələdçisi”ndə öz əksini tapıb.
Bu, 2025-ci illə müqayisədə 30,7 milyon manat və ya 1,5 faiz
çoxdur. Səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində
xüsusi çəkisi 4,9 faiz olacaq.
Əhalinin dövlət vəsaiti hesabına icbari tibbi sığortalanması üzrə
xərclər – 900 milyon manat;
Poliklinika və ambulatoriyaların saxlanılması xərcləri – 20,3
milyon manat;
Xəstəxanaların saxlanılması xərcləri – 219,7 milyon manat;
Səhiyyə sahəsində tətbiqi tədqiqat xərcləri – 5,1 milyon manat;
Səhiyyə sahəsində digər xidmətlər – 876,2 milyon manat;
Diaqnostika, profilaktika və qan xidmətləri ilə bağlı fəaliyyət – 3
milyon manat.
