...

ABŞ vitse-prezidentinin evinin qarşısındakı insidentlə bağlı bir şübhəli saxlanılıb

Dünya xəbərləri Materials 5 Yanvar 2026 18:33 (UTC +04:00)
ABŞ vitse-prezidentinin evinin qarşısındakı insidentlə bağlı bir şübhəli saxlanılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-də hüquq mühafizə orqanları ölkənin vitse-prezidenti Cey Di Vensin Sinsinnati şəhərindəki (Ohayo ştatı) evi qarşısında şübhəli hərəkətlər edən şəxsi saxlayıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

İlkin məlumata görə, ölkə rəhbərliyinin təhlükəsizliyinə cavabdeh olan Məxfi Xidmətin əməkdaşı, vitse-prezidentin evindən çıxaraq qaçmağa başlayan şəxs barədə polisi məlumatlandırıb.

İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti