Bakı. Trend:
"Mançester Yunayted" Ruben Amorimi istefaya göndərib.
Trend xarici KİV-ə istinadla xəbər verir ki, "Mançester Yunayted" klubunun baş məşqçisi Ruben Amorim "Old Trafford"da artan gərginlik fonunda vəzifəsindən azad edilib.
Klub rəhbərliyi hələlik mövsümün qalan hissəsi üçün müvəqqəti məşqçi və yayda daimi baş məşqçi ilə bağlı qərar verməyib.
Qeyd edək ki, Amorim klubda baş məşqçi kimi14 ay idi fəaliyyət göstərirdi.
