Bakı. Trend:
Bu il dövlət büdcəsindən Diasporla İş üzrə Dövlət Komitəsinə ayrılan vəsaitin həcmi açıqlanıb.
Trend-in məlumatına görə, bu, Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşın büdcə bələdçisi”ndə öz əksini tapıb.
Belə ki, xarici ölkələrdə yaşayan azərbaycanlıların
təşkilatlanması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması sahəsində tədbirlər, Azərbaycan xalqının tarixi və
mədəni irsinin təbliği ilə bağlı tədbirlər, digər xalqların
diasporları ilə əlaqələr və lobbi quruculuğu ilə bağlı tədbirlərin
həyata keçirilməsi məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsinə
7,1 milyon manat ayrılacaq.
