Bakı.Trend:
Rusiya Prezidenti Vladimir Putin hökumətə süni intellektin Rusiya iqtisadiyyatına, sosial sahəyə və dövlət idarəçiliyinə inteqrasiyası ilə bağlı milli planı təsdiqləməyə çağırıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bu tapşırıq “Süni intellekt dünyasına səyahət” konfransının nəticələrinə dair tapşırıqlar siyahısında yer alır, Kremlin rəsmi saytında bildirilir.
Rusiyanın dövlət başçısı ölkədə bu qabaqcıl texnologiyaların inkişafına mane ola biləcək izafi inzibati baryerlərin aradan qaldırılmasını tövsiyə edib. O həmçinin qeyd edib ki, bu sahədə süni intellekt texnologiyalarının ixracına dair təkliflərin hazırlanması da vacibdir.
Putin tapşırığın icrasına məsul şəxslər kimi Rusiya Federasiyasının yüksək vəzifəli şəxslərini, o cümlədən Rusiya Baş naziri Mixail Mişustini və Mərkəzi Bankın rəhbəri Elvira Nabiullinanı təyin edib. Putinin tapşırığın icrası üçün son tarix kimi cari ilin iyunun 1-i göstərilib.
