Bakı. Trend:
Nikolas Maduro həyat yoldaşı ilə bilrikdə ABŞ-nin Manhetten məhkəmə binasına aparılıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
KİV yazır ki, Maduro və həyat yoldaşı Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) əməliyyatçılarının müşayiəti ilə helikopterdən düşürülüb. Onlar bir qədər sonra Manhattan Federal Məhkəməsində hakim qarşısına çıxarılacaq.
Qeyd edilir ki, Maduronun ilk məhkəmə iclası dairə hakimi Elvin Hellerstaynın sədrliyi ilə keçiriləcək. Jurnalistlər bildirirlər ki, iclas yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 21:00- red.) baş tutacaq.
Qeyd edək ki, yanvarın 3-də ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşının tutularaq ölkədən çıxarıldığını açıqlayıb.
O bildirib ki, Amerika Birləşmiş Ştatları Venesuelaya və onun lideri Prezident Nikolas Maduroya qarşı uğurlu genişmiqyaslı hücum həyata keçirib:
"Bu əməliyyat ABŞ hüquq-mühafizə orqanları ilə birgə icra olunub. Ətraflı məlumat veriləcək. Bu gün Mar-a-Lago-da mətbuat konfransı keçiriləcək. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm!"
