...

Türkiyənin baş naziri: Ölkəmin və xalqımın gələcəyi mənim gələcəyimdən daha vacibdir

Dünya xəbərləri Materials 19 Aprel 2018 02:14 (UTC +04:00)
Türkiyənin baş naziri Binəli Yıldırım Rəcəb Tayyib Ərdoğanın vaxtından əvvəl prezident və parlament seçkilərini bəyan etməsi ilə bağlı baş nazir postunu tərk etməyə hazır olduğunu bildirib
Türkiyənin baş naziri: Ölkəmin və xalqımın gələcəyi mənim gələcəyimdən daha vacibdir

Bakı. Trned:

Türkiyənin baş naziri Binəli Yıldırım Rəcəb Tayyib Ərdoğanın vaxtından əvvəl prezident və parlament seçkilərini bəyan etməsi ilə bağlı baş nazir postunu tərk etməyə hazır olduğunu bildirib.

Trend-in məlumatına görə, bu barədə baş nazir Ankarada jurnalistlərə deyib.

B.Yıldırım deyib: "Məndən soruşurlar ki, yeni hökumətdə mənim vəzifəmin olmamasına necə yanaşıram. Cavab verirəm ki, mənim ölkəmin və xalqımın gələcəyi öz gələcəyimdən daha vacibdir".

Qeyd edək ki, aprelin 18-i Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə prezident və parlament seçkilərinin 2018-ci il 24 iyun tarixində keçiriləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti