...

Türkiyədə "ağ zəhər" əməliyyatında saxlanılanlar var

Dünya xəbərləri Materials 19 Aprel 2018 10:24 (UTC +04:00)
Türkiyənin cənubunda Adana vilayətində narkotacirlərə qarşı əməliyyat keçirilib.
Türkiyədə "ağ zəhər" əməliyyatında saxlanılanlar var

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin cənubunda Adana vilayətində narkotacirlərə qarşı əməliyyat keçirilib.

Trend-in məlumatına görə, əməliyyat barədə polis xəbər yayıb.

Polisin yaydığı məlumata əsasən, əməliyyat nəticəsində 160 kiloqram heroin aşkarlanıb. Bundan başqa, əməliyyat çərçivəsində saxlanılanların da olduğu bildirilir.

Saxlanılanların kimliyi açıqlanmasa da, hamısının Türkiyə vətəndaşları olduqları qeyd olunub.

Qeyd edək ki, 2018-ci ilin yanvar-fevral aylarında polis ümumilikdə 3722 kiloqram heroin müsadirə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti