...

Çində iki qayığın toqquşması nəticəsində ölənlərin sayı 17-yə çatıb

Dünya xəbərləri Materials 22 Aprel 2018 06:14 (UTC +04:00)
Çinin Quansi Cuan muxtar rayonunda 2 qayığın toqquşması nəticəsində həlak olanların sayı 17-yə çatıb
Çində iki qayığın toqquşması nəticəsində ölənlərin sayı 17-yə çatıb

Bakı. Trend:

Çinin Quansi Cuan muxtar rayonunda 2 qayığın toqquşması nəticəsində həlak olanların sayı 17-yə çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, daha əvvəl 11 nəfərin öldüyü, 6 nəfərin isə itkin düşdüyü bildirilirdi.

Məlumata əsasən, axtarış-xilasetmə işlərində 8 qayıq və 200 canlı qüvvə iştirak edib.

Qeyd edək ki, ötən gün Çinin Quansi Cuan muxtar rayonunda yerli vaxtla saat 13:40-da 2 qayıq toqquşub. Toqquşmaya səbəb qayıqlarda idarəetmənin itirilməsi olub. Qəza baş verəndə iki qayıqda ümumilikdə 57 nəfər olub. Onlardan 40 nəfəri xilas edilib.

Xəbər lenti

Xəbər lenti