...

Klyuçevskaya Sopka vulkanı havaya kül-toz püskürüb

Dünya xəbərləri Materials 10 May 2018 06:39 (UTC +04:00)

Bakı. Trend:

Kamçatkada Klyuçevskaya Sopka vulkanı havaya kül-toz püskürüb.

Trend-in məlumatına görə, vulkanda oyanış barədə Rusiya Vulkanologiya və Seysmologiya İnstitutunun Kamçatka qrupu xəbər yayıb. Qeyd olunur ki, vulkan külü 5,5 km hündürlüyə püskürüb.

Tüstü 85 km cənub-şərq istiqamətində yayılıb, lakin Fövqəladə Hallar Xidməti yaxınlıqdakı yaşayış məntəqələri üçün heç bir təhlükə olmadığını qeyd edib.

Qeyd edək ki, Avrasiyanın aktiv olan bu vulkanı 4750 metr hündürlükdə yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti