...

Paşinyandan biabırçı ETİRAF: Yerevanın meri rüşvətlə seçilib

Dünya xəbərləri Materials 17 May 2018 13:36 (UTC +04:00)
Yerevanın meri Taron Marqaryan rüşvət yolu ilə seçilib.
Paşinyandan biabırçı ETİRAF: Yerevanın meri rüşvətlə seçilib

Bakı. Trend:

Yerevanın meri Taron Marqaryan rüşvət yolu ilə seçilib.

Trend-in Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O bildirib: “Mən Yerevan meri ilə bağlı fikrimi artıq demişəm. Taron Marqaryanın rüşvətlə bu vəzifəyə seçilməsi ilə bağlı heç bir şübhə yoxdur”.

Qeyd edək ki, son günlərdə Yerevanda merin istefası tələbi ilə aksiyalar keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti