Bakı. Trend:
Səudiyyə Ərəbistanının Yəmənlə sərhədində biri zabit olmaqla 5 hərbçi həlak olub. Trend-in məlumatına görə, hərbçilər "Ansar Alla" qiyamçı təşkilatı tərəfindən öldürülüb.
Məlumata görə, Səudiyyə Ərəbistanı qoşunlarının kapitanı Əhməd ben Vabil əl-Vabil də 4 hərbçi ilə cənub sərhədlərində döyüş zamanı həlak olub.
Qeyd olunur ki, Səudiyyə ƏRəbistanmı uzun illərdən sonra ilk dəfə Yəmən qiyamçıları ilə toqquşmalarda həlak olanlar barədə məlumatı təsdiqləyib.