...

Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğrayıb: 14 yaralı

Dünya xəbərləri Materials 26 May 2018 03:22 (UTC +04:00)
Türkiyənin Ərzurum şəhərində tələbələri daşıyan avtobus qəzaya uğrayıb
Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğrayıb: 14 yaralı

Bakı. Trend:

Türkiyənin Ərzurum şəhərində tələbələri daşıyan avtobus qəzaya uğrayıb.

Trend Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində azı 14 tələbə müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumata əsasən, avtobus qəza uğradıqdan sonra alışıb. Hadisə yerinə gələn yanğından mühafizə briqadaları yanğını söndürüb.

Xəsarət alan tələblər Ərzurum şəhərinin xəstəxanalarına yerləşdirilib, onların vəziyyəti yaxşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti