...

Merkel Almaniyanın nüvə razılaşmasından çıxmağı planlaşdırmadığını təsdiqləyib

Dünya xəbərləri Materials 6 İyul 2018 00:30 (UTC +04:00)
Almaniyanın kansleri Angela Merkel, İran prezidenti Həsən Ruhaniyə Berlinin nüvə razılaşmasından çıxmaq niyyətində olmadığını və həmin istiqamətdə işlərin davam etdirəcəyini təsdiqlədi.
Merkel Almaniyanın nüvə razılaşmasından çıxmağı planlaşdırmadığını təsdiqləyib

Bakı. Trend:

Almaniyanın kansleri Angela Merkel, İran prezidenti Həsən Ruhaniyə Berlinin nüvə razılaşmasından çıxmaq niyyətində olmadığını və həmin istiqamətdə işlərin davam etdirəcəyini təsdiqlədi. Bu haqda Ruhaninin rəsmi internet saytında deyilir.

Ruhani ilə telefon danışığında kansler qeyd edib ki, İrana təqdim edilən təkliflər paketi yalnız müqavilənin qorunması ilə bağlı əsas sualları əhatə edir və ətraflı məlumatların hazırlanması üçün danışıqların aparılması zəruridir.

"Razılaşmada qalmaq istədiyimizə əminik və bu vacibdir”, - bəyanatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti